BAKI, 13 iyun. TELEQRAF

Azərbaycan vətəndaşlarının zəruri olmadığı təqdirdə İsrailə səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik hazırda İsrail Dövlətində olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələrini və yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmalarıni xahiş olunur.

Fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımız "[email protected]" email poçtu və ya "+972 54 539 77 88" nömrəli telefonla Azərbaycanın İsrail Dövlətindindəki səfirliyi ilə əlaqə yarada bilərlər.