BAKI, 13 iyun. TELEQRAF

İsrail və İran arasında yaranan mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan vətəndaşlarının zəruri olmadığı təqdirdə İrana səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda qeyd olunub.

Nazirlik İranda olan Azərbaycan vətəndaşlarını mühafizə və təhlükəsizlik qaydalarına riayət etməyə, hərbi və nüvə obyektlərinə yaxın ərazilərə getməməyə, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmağa çağırıb.

Həmçinin hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımız Azərbaycanın İrandakı səfirliyi və Təbriz şəhərindəki baş konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərlər.

Azərbaycanın İrandakı səfirliyi
[email protected]
+98 905 523 01 07

Azərbaycanın Təbriz şəhərindəki baş konsulluğu
[email protected]
+961 4 922 066