
BAKI, 11 iyun. TELEQRAF
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov iyunun 11-də Daşkənddəki Heydər Əliyev Meydanında Ümummilli Liderin barelyefini ziyarət ediblər.
Bu barədə Teleqraf-a Nazirlər Kabinetindən məlumat verilib.
Baş nazirlər barelyefin önünə gül dəstələri qoydular, Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər.