BAKI, 4 iyun. TELEQRAF

“Baykar” şirkətinin Texniki direktoru Səlcuq Bayraktar Azərbaycanda “Bayraktar Technology” şirkətinin yaradılmasından danışıb.

Teleqraf xəbər verir ki, bu barədə S.Bayraktar sosial şəbəkə hesabında yazıb.

Tükiyəli iş adamı bildirib: “Azərbaycanda qurduğumuz “Bayraktar Technology” şirkəti ilə ölkələrimizin tam müstəqilliyi üçün yüksək texnologiya inkişaf etdiririk”.