BAKI, 4 iyun. TELEQRAF
İyunun 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tacikistan Respublikasının Baş naziri Kohir Rasulzodənin dəvəti ilə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbə şəhərinə işgüzar səfərə gedib.
Bu barədə Teleqraf-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Düşənbə beynəlxalq hava limanında Ə.Əsədovu Tacikistan Respublikasının Baş nazirinin müavini, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri Usmonali Usmonzoda və digər rəsmi şəxslər qarşılayıblar.