BAKI, 4 iyun. TELEQRAF

Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) və Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” mövzusunda Azərbaycan–Özbəkistan Ekspert Şurasının ikinci iclası keçirilib.

Teleqraf xəbər verir ki, tədbirdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun direktoru Eldor Aripov, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov və digər rəsmi şəxslər iştirak ediblər.

Görüşdə Azərbaycan–Özbəkistan münasibətlərinin dinamik inkişafı və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.