BAKI, 2 iyun. TELEQRAF
"Türk dünyasının birləşməsini istəməyən müəyyən dairələr mövcuddur".
Teleqraf xəvər verir ki, bu barədə Ankara Bilim Universitetinin müəllimi Damla Taşkın bu gün “Yeni geosiyasi reallıqların Türkiyə-Azərbaycan münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.
“Azərbaycan və Türkiyə arasındakı münasibətlər əsasən, liderlər səviyyəsində qurulan diplomatiyaya əsaslanır. Qarabağ qələbəsi ilə liderlərarası diplomatiya daha da gücləndi. Hazırda dünyada bir-biri ilə ən çox görüşən iki lider Azərbaycan və Türkiyə prezidentləridir. Şuşa Bəyannaməsi də məhz bu yaxın və strateji münasibətlərin bariz nümunəsidir”, - deyə o, qeyd edib.