BAKI, 2 iyun. TELEQRAF
Zəngəzur dəhlizi regionda sülh və əməkdaşlıq üçün bir fürsət, barışıq və qarşılıqlı əlaqələrin qurulması baxımından vacib bir layihədir.
Teleqraf xəbər verir ki, bu barədə Burdur Mehmet Akif Ersoy Üniversiteti müəllimi, xarici siyasət məslələri üzrə şərhçi Esma Özdaşlı bu gün “Yeni geosiyasi reallıqların Türkiyə-Azərbaycan münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.
O, dəhlizin açılması ilə Azərbaycanla Naxçıvan arasında birbaşa quru əlaqəsi bərpa olunacağını bildiribT: Bu, yalnız Azərbaycanın deyil, həm də bütün regionun iqtisadi inkişafına və birliyinə töhfə verəcək. Baxmayaraq ki, Ermənistan hökumətindən bəzən bu məsələ ilə bağlı qeyri-müəyyən və ziddiyyətli açıqlamalar verilir, Azərbaycan tərəfi dəhlizin açılmasına hazırdır. Ermənistan isə Cənubi Qafqazda hərbi baxımdan ən zəif ölkə olaraq sabitliyin pozulmasında maraqlı olmamalıdır. Zəngəzur dəhlizi həm regionda sülhün möhkəmlənməsi, həm də geosiyasi əməkdaşlığın genişlənməsi üçün mühüm addım olacaq".