BAKI, 2 iyun. TELEQRAF
Bu gün Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Yeni geosiyasi reallıqların Türkiyə-Azərbaycan münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər” mövzusunda dəyirmi masa keçirilir.
Teleqraf xəbər verir ki, tədbirdə Türkiyənin aparıcı universitet və beyin mərkəzlərinin nümayəndələri iştirak edəcəklər.
Tədbir çərçivəsində iştirakçılar Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlığın mövcud vəziyyətini, regionda dəyişən geosiyasi reallıqların yaradacağı çağırış və imkanları müzakirə edəcəklər.