BAKI, 30 may. TELEQRAF

Bu gün ABŞ-nin Azəbaycadaki Müvəqqəti işlər vəkili Hüqo Qevara ABŞ Dövlət Departamentinin Avropa məsələləri üzrə müavin köməkçisi Coş Hak və Avropa üzrə baş müşaviri Vayatt Tölkeni ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandaki səfirliyi məlumat yayıb.

Nümayəndə heyəti Azərbaycana yüksək səviyyəli rəsmilərlə görüşmək və ABŞ-nin maraqlarını, iqtisadi rifahı və regional təhlükəsizliyi təşviq edən ikitərəfli dialoqu davam etdirmək məqsədilə səfər edib.