BAKI, 29 may. TELEQRAF
ABŞ-nin Azərbaycandakı səfirliyində Montana ştatını təmsil edən senator Stiv Deyns, ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara və İsrailin Azərbaycandakı səfiri Corc Diksin iştirakı ilə görüş keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Görüşdə İsrail-Azərbaycan münasibətlərinin regional sülhə töhfəsi, habelə Amerika xalqının maraqlarına uyğun güclü iqtisadi və təhlükəsizlik tərəfdaşlığının davam etdirilməsi ilə bağlı ortaq məqsəd və prioritetlər müzakirə olunub.