BAKI, 29 may. TELEQRAF
ABŞ senatoru Stiv Daines Azərbaycana səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Səfəri çərçivəsində senator Daines Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşək.
Görüşlər zamanı ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığının gücləndirilməsi, eləcə də regionda sülh və təhlükəsizliyin təşviqi məsələləri müzakirə olunacaq.