BAKI, 28 may. TELEQRAF

"Laçın Hava Limanı Azərbaycanı daha da gücləndirəcək".

Teleqraf xəbər ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçında jurnalistlərlə söhbətində deyib.

Ərdoğan aerportun açılışını yüksək qiymətləndirib: "Laçının hər şeydən əvvəl belə möhtəşəm bir hava limanına qovuşması – üçüncü hava limanı olaraq – təbii ki, Azərbaycanın çox daha güclü şəkildə mövqe qazanmasına səbəb olmuşdur. Füzuli hava limanından sonra Laçın və indi də burada keçiriləcək mərasimlərlə, inşallah, Azərbaycan geniş bir üfüqə doğru baxacaq. Mən Azərbaycan üçün xeyirli, uğurlu olmasını diləyirəm. Xeyirli olsun!"