BAKI, 26 may. TELEQRAF
Avropa və Qərbdə İslamofobiya getdikcə artır və bu hal XXI əsrdə daha çox hiss olunur.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransın “Fərqli kontekstlərdə İslamafobiya: Regional Perspektvlər” panel müzakirəsində deyib.
Tural Gəncəliyev Qurani-Kərimin bütün insanların birlikdə, dinc və mehriban həyata çağırış etdiyini vurğulayıb:
"Təəssüf ki, bəziləri bu çağırışlara mənfi yanaşır və nifrət toxumları səpir. Biz bu ikili standartların və mənfi yanaşmaların bariz nümunəsini keçmiş Ermənistan-Azərbaycan münaqişəsi zamanı da gördük. Azərbaycan haqlı mövqedə olmasına baxmayaraq, bəzi ölkələr qərəzli yanaşaraq Ermənistana dəstək göstərirdilər. Bu isə İslam dünyasına qarşı olan münasibətin təzahürü kimi dəyərləndirilə bilər".