​BAKI, 26 may. TELEQRAF

"İslamofobiya təkcə müsəlman icmalarına qarşı yönəlmiş təhlükə deyil, eyni zamanda insan hüquqlarına, sülhə və qarşılıqlı hörmət prinsiplərinə ciddi təhdiddir".

Teleqraf xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının ali nümayəndəsi, Baş katibinin müavini, Migel Anxel Moratinos Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransın açılış mərasimində deyib.

Moratinos qeyd edib ki, bu təhlükəli tendensiyaya qarşı mübarizə aparmaq üçün beynəlxalq ictimaiyyət birgə səylər göstərməli, mədəniyyətlər və dinlər arasında anlayış, dialoq və tolerantlığın təşviqinə xüsusi önəm verməlidir.