BAKI, 26 may. TELEQRAF
"İslam adımdan siyasi məqsədlər üçün istifadə edənlərə qarşı mübarizə aparmalı, fəallıq göstərməliyik".
Teleqraf xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransın açılış mərasimində deyib.
Şeyx bildirib ki, dinimizə dövlət səviyyəsində xüsusi diqqət var:
"Cənab Prezident İlham Əliyev islam dəyərlərini beynəlxalq miqyasda müdafiə edib. Azərbaycanın Ərəb Liqasına, İslam Əməkdaşlıq Təşkilatına göstərdiyi dəstək yüksək qiymətləndirilir. İslam adından siyasi məqsədlər üçün istifadə edənlərə qarşı mübarizə aparmalı, fəallıq göstərməliyik. Fransada, İsveçdə, Danimarka müsəlmanların diskriminasiyası adi hal alıb. Quranın yandırılması Qərbdə yeni dövrün reallığı kimi qiymətləndirilir".