BAKI, 26 may. TELEQRAF
Radikal dini qruplar müsəlman dünyası barədə mənfi rəy yaradırlar.

Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransın açılış mərasimində deyib.

"Əfsuslar olsun ki, bəzi dövlətlər müsəlmanlara qarşı tədbirlər keçirirdi, müsəlmanları təhdid edirdi. Bu isə mədəni birlik adı altında qələmə verilirdi. Bəzən Qərblə - Şərq arasında müsəlmanlara qarşı təhrif olunmuş məlumatlar yayılır. Radikal dini qruplar müsəlman dünyası barədə mənfi rəy yaradırlar. Buna qarşı həll yolları tapmalıyıq. İslamofobiya bütün beynəlxalq ictimaiyyətin üzləşdiyi təhdiddir", - deyə o bildirib.