BAKI, 26 may. TELEQRAF
İslamofobiya təkcə sosial bir bəla deyil, eyni zamanda böyük bir problemdir.
Teleqraf xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransın açılış mərasimində deyib.
Rəvan Həsənov islamafobiyanın ayrıseçkilik yaratdığını və qarşıdurmalara səbəb olduğunu bildirib: "Buna misal olaraq, Hindistanda baş verən hadisələri, Fransada müşahidə olunan islamofob yanaşmaları göstərmək olar. Bu səbəbdən biz bu mövzuya münasibət bildirərkən düzgün formada fikir bildirməli və təsirli yanaşma tərzi seçməliyik ki, nəticə faydalı və dərin məzmunlu olsun".