BAKI, 25 may. TELEQRAF
"Ukraynada davam edən müharibə fonunda Azərbaycanın verdiyi dəstək xüsusilə əhəmiyyətlidir".
Teleqraf xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa mayın 25-də Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfrasında bildirib.
"Biz Azərbaycan ilə Ukrayna arasında münasibətlərin inkişafında maraqlıyıq. Hədəfimiz müharibədən əvvəlki səviyyədə əməkdaşlığı bərpa etməkdir. Bu, həm ticarət sahəsini, həm də digər əməkdaşlıq istiqamətlərini əhatə edir", - nazir qeyd edib.