BAKI, 25 may. TELEQRAF
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və Heydər Əliyev Fondunun şöbə müdiri Elvin Aslanov Mərakeşin Uşaq Hüquqları üzrə Müşahidə Qurumunun vitse-prezidenti xanım Gizlan Bencellunla görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Mərakeşdəki səfirliyi məlumay yayıb.
Görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
Azərbaycan səfirliyində verilən ziyafətdə İSESKO-nun Azərbaycan əsilli əməkdaşları Dinara Müslüyeva və Müsəllim Əfəndiyev də iştirak ediblər.
Azərbaycan nümayəndə heyəti eyni zamanda şahzadə Lalla Meryemin sədrliyi və Mərakeş Milli Uşaq Hüquqları Müşahidə qrumunun təşkilatçılığı ilə keçirilən Uşaq Hüquqları üzrə Milli Konqresinin 17-ci iclasında iştirak ediblər.