BAKI, 23 may. TELEQRAF
Avropa Siyasi İttifaqının sammiti 2028-ci ildə Azərbaycanda keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta “X”də paylaşım edib.
O, Avropa Siyasi İttifaqının sammitinin 2026-cı ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə Azərbaycan və Latviyada keçiriləcəyini bildirib.