BAKI, 23 may. TELEQRAf
Niderlandın Kralı Villem-Aleksandr Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Teleqraf xəbər verir ki, məktubda deyilir:
"Cənab Prezident.
Ölkənizin milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizi təbrik edirəm.
Bu bayram münasibətilə Azərbaycan xalqına daha firavan gələcək diləyir və ən xoş arzularımı çatdırıram".