BAKI, 22 may. TELEQRAF
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycana gəlir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat veriblər.
May ayının 25-nə planlaşdırılan səfər zamanı Andrey Sibiqanın Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və digər dövlət rəsmiləri ilə görüşü nəzərdə tutulur.