BAKI, 22 may. TELEQRAF
Azərbaycan Xarici İşlər Nazirliyi Vaşinqtonda baş vermiş hücum nəticəsində həlak olan İsrail diplomatlarının ailələrinə və İsrail dövlətinə başsağlığı verib.
Teleqraf xəbər verir ki, bunun bağlı XİN "X" hesabında paylaşıb edilib.
"Vaşinqtonda dəhşətli hücum nəticəsində həlak olan iki israilli diplomatın ailələrinə və İsrail dövlətinə dərin hüznlə başsağlığı veririk. Biz qorxu və parçalanma yaratmaq istəyən zorakılıq aktını qətiyyətlə pisləyirik".
Qeyd edək ki, dünən axşam saatlarında Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşı Yəhudi Muzeyindən çıxarkən öldürülüb. Həmçinin hadisə zamanı diplomatik nümayəndəliyin bir neçə əməkdaşı yaralanıb.