BAKI, 22 may. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündən sonra maraqlı bir paylaşım edib.

Teleqraf xəbər verir ki, Ərdoğan "X" hesabında türk dövlət rəhbərləri ilə görüşlərindən ibarət videoçarx yerləşdirib.

R.T.Ərdoğan eyni zamanda belə yazıb: "Türk dövlətləri olaraq bizlər, tarix və mədəniyyətin kəsişmə nöqtəsində, Şərq müdrikliyi ilə Qərb dinamizmini birləşdirən köklü bir mirasın daşıyıcılarıyıq".

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də tədbirdə iştirak edib.