BAKI, 22 may. TELEQRAF

Bu gün Zaqrebdə Azərbaycan və Xorvatiya arasında diplomatik əlaqələrin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Xorvatiyadakı səfirliyi məlumat yayıb.

“Azərbaycan və Xorvatiya arasında diplomatik əlaqələrin 30 illiyi: Nailiyyətlər və gələcək perspektivlər” adlanan konfransda iki ölkə arasındakı münasibətlərdəki nailiyyətlər qeyd olunub və gələcək əməkdaşlıq müzakirə edilib.

Tədbir zamanı iki ölkə arasında diplomatik münasibətlərin inkişafını əks etdirən fotosərgi təşkil olunub və bu əlaqələrin qurulmasından bu günə qədər olan əsas mərhələləri işıqlandırıb.