BAKI, 21 may. TELEQRAF

Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen In Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Teleqraf xəbər verir ki, mətubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə ölkənizin hökumətinə və xalqına təbriklərimi çatdırıram.

Ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcəkdə də genişlənəcək və inkişaf edəcəkdir".