BAKI, 21 may. TELEQRAF
Novruz bayramı türk dövlətlərinin ortaq bayramı kimi qeyd olunmalıdır.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Budapeştdə (Macarıstan) keçirilən qeyri-rəsmi iclasdakı çıxışında deyib.
Türkiyə lideri qeyd edib ki, martın 21-də Novruzun türk dünyasının birgə bayramı kimi qeyd edilməsi təklifinin qəbul edilməsindən məmnun olacaq.