​BAKI, 21 may. TELEQRAF

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası başlayıb.

Teleqraf xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Macarıstanın Baş naziri Viktor Orban dövlətimizin başçısını qarşılayıb.