BAKI, 21 may. TELEQRAF

Azərbaycan Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev mayın 21-də Ankarada Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, keçmiş daxili işlər naziri Efkan Ala ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, görüş zamanı Qərbi Azərbaycan İcması fəaliyyəti təqdim edilib, Azərbaycan-Türkiyə münasibətlərinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Görüşə Türkiyənin Ankara şəhərində Qərbi Azərbaycan İcmasının və “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Qərbi Azərbaycana Qayıdış İnsan Hüquqlarının Aliliyinin Mühüm Şərti Kimi” mövzusunda beynəlxalq konfransın iştirakçıları da qatılıb.