BAKI, 14 may. TELEQRAF

Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim Oklaxoma ştatının qubernatoru Kevim Stittlə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə X.İbrahim özünün sosial şəbəkə hesabında yazıb.

O, qubernatorla şəklini paylaşaraq yazıb: "Böyük dostumuz qubernator Kevin Stitt ilə görüşmək həmişə xoşdur".

Səfir bildirib ki, görüşdə Azərbaycan-Oklaxoma əlaqələrinin möhkəmləndirilməsi mövzusunda geniş fikir mübadiləsi aparılıb.