BAKI, 9 may. TELEQRAF

Rusiya prezidenti Vladimir Putinlə Belarus lideri Aleksandr Lukaşenko arasında görüşdə salamlaşma diqqəti cəlb edib.

Teleqraf xəbər verir ki, mayın 8-də İkinci Dünya müharibəsi ilə bağlı təşkil olunan qələbə paradında iştirak üçün Moskvaya gəlmiş Aleksandr Lukaşenko ilə ev sahibi Vladimir Putin arasında qısa söhbət olub.

Moskvaya gələn xarici liderlərə Kremldə verilən rəsmi şam yeməyindən əvvəl söhbət zamanı Putin Belarus prezidentini iki dəfə salamlayıb.

Lukaşenkonun “Mən gələ bilərəmmi?” sualına cavabda Putin ingilis dilində "Welcome!" ("Xoş gəlmisiniz!") deyib.

Lukaşenko zarafatla təəccübləndiyini ifadə edəndə Putin onu yenidən, bu dəfə "Privet" ("Salam!") deyə rus dilində salamlayıb