BAKI, 8 may, TELEQRAF

"Pakistan Hindistanla konstruktiv dialoqa hazırdır. Biz müharibədən yana deyilik və məsələlərin sülh yolu ilə, qarşılıqlı anlaşma əsasında həllini dəstəkləyirik".

Bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Teleqraf-ın sualına cavab olaraq bildirib.

Biz müharibədən əvvəl də dialoqa hazır idik.

Xatırladaq ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Kəşmirin Dehlinin nəzarətində olan hissəsində silahlıların mülki şəxslərə hücumundan sonra gərginləşib. Dehli baş verənlərə görə İslamabadı ittiham edərkən, Pakistan bunu qəti şəkildə rədd edib.

Hindistan mayın 6-dan 7-nə keçən gecə sübuta yetirmədiyi bu ittihamları əsas gətirərək, Pakistan ərazisinə hava zərbələri endirib. Hücum zamanı Pakistanda 31 nəfər mülki şəxs həlak olub, 50-yə yaxın insan yaralanıb. Pakistan cavab olaraq, Hindistanın hərbi hədəflərinə zərbələr endirib. Nəticədə Hindistanın 5 qırıcısı, sərhəddə briqada qərargahı və digər hərbi hədəfləri məhv edilib.