BAKI, 7 may. TELEQRAF

ADA Universiteti və İraq Respublikasının Diplomatik Xidmət İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd edək ki, XİN rəhbəri Ceyhun Bayramov İraqda rəsmi səfərdədir.