​BAKI, 6 may. TELEQRAF

"Azərbaycan və İran arasında münasibətlərdə yeni bir səhifə açılıb".

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) rəhbəri, nazir müavini Səid Xətibzadə “Regional proseslər kontekstində Azərbaycan-İran münasibətləri” mövzusunda keçirilən müzakirələr zamanı bildirib.

Səid Xətibzadə deyib: "Azərbaycan və İran arasında münasibətlərdə yeni bir səhifə açılıb. Bu istiqamətdə mühüm addımlardan biri də İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri oldu. Heç bir digər xalq bir-birinə Azərbaycan və İran xalqları qədər yaxın deyil. Bizi ortaq tarix, mədəniyyət və dəyərlər birləşdirir".