BAKI, 27 aprel. TELEQRAF

"Hər zaman Azərabaycanın hüquqlarını müdafiə etmişik".

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian AzTV-yə eksklüziv müsahibəsində deyib.

Prezident Azərbaycan - Ermənistan münasibətlərindən danışıb: "Hər iki tərəf payına qane olmalı və başqasının torpaqlarında gözü olmamalıdır. İxtilaf onda çıxır ki, tərəflərdən biri başqasının torpağına yiyələnmək istəyir. Hər zaman ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Problem onda başlayır ki, haqq və hüququmuza qane olmaq istəmirik. Hər zaman Azərabaycanın hüquqlarını müdafiə etmişik və Ermənistanı da öz hüquqları çərçivəsində müdafiə edirik. Hər iki tərəf qonşuluq münasibəti çərçivəsində dinc yaşamalıdır və buna dəstək verməyə hazırıq".