BAKI, 25 aprel. TELEQRAF
"Azərbaycan regionda mühüm tərəfdaşdır".
Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X” hesabında paylaşım edib.
Paylaşımda deyilir: "Avropa İttifaqı və Azərbaycan birlikdə əlaqələrin möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli irəliləyişə nail olublar. Biz ticarətin daha da artırılması və əlaqəliliyin yaxşılaşdırılması yollarını müzakirə etdik".