BAKI, 25 aprel. TELEQRAF

Türk dünyası yenidən beynəlxalq arenaya qayıdıb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bu barədə Türk Ticarət Mərkəzində Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Azərbaycan, Türkiyə və Özbəkistana məxsus ticarət pavilyonlarının rəsmi açılış mərasimi zamanı çıxışında deyib.

Səfir bildirib ki, Türk dünyası yenidən beynəlxalq arenaya qayıdıb və bu prosesin ölkələrin gələcəyi baxımından nə qədər vacib olduğunu dərk edirlər.

Alim Bayelin sözlərinə görə, Türk dövlətləri arasında münasibətlərin inkişafı bu ölkələrin dünyada önəmli və güclü sülh tərəfdarlarına çevrilməsinə səbəb ola bilər.

“Bu birlik həm regional, həm də qlobal səviyyədə sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir”, – səfir qeyd edib.