​BAKI, 25 aprel. TELEQRAF

"Ermənistanın sürətlə silahlanması Azərbaycan üçün ciddi bir təhdid mənbəyi olaraq qalır".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla keçirdiyi birgə mətbuat konfransında deyib.

"Revanşist meyillərin güclənməsi məsələsinə gəldikdə isə, bu günlərdə Azərbaycan və Türkiyə bayraqlarının yandırılması kimi hallara diqqət çəkmək istəyirəm. Eyni hadisə, təəssüf ki, ötən gün Fransada da baş verib. Bizim əsas gözləntimiz isə ondan ibarətdir ki, bu ölkələrin müvafiq dövlət qurumları, digər dövlətlərin milli atributlarının yandırılmasını cinayət kimi qiymətləndirilməsi məqsədilə ciddi və konkret addımlar atmalıdır", - XİN rəhbəri bildirib.