BAKI, 25 aprel. TELEQRAF
"Azərbaycan nəqliyyat-logistika sahəsində üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməkdədir".
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə keçirdiyi mətbuat konfransında bildirib.
“Bu gün Kallasla keçirdiyimiz görüşdə Qazaxıstan, Gürcüstan və Türkiyə ilə görülən işlər barədə fikir mübadiləsi apardıq. Bakı-Tbilisi-Ceyhan qaz kəməri vasitəsilə həyata keçirilən daşınmalarda artım və Ələt iqtisadi zonasının faydaları xüsusilə qeyd olundu. Enerji sahəsində yeni istiqamət yaşıl enerji sahəsidir. Bu layihə davam edir və perspektivi böyükdür”, – Ceyhun Bayramov vurğulayıb.