BAKI, 25 aprel. TELEQRAF
"Azərbaycan üçün Avropa İttifaqı əsas ticarət tərəfdaşıdır".
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə keçirdiyi mətbuat konfransında bildirib.
“2024-cü ilin yekunlarına əsasən ticarət dövriyyəmiz 20 milyard ABŞ dolları təşkil edir. Azərbaycan qazı 12 ölkəyə ixrac olunur ki, onlardan 10-u Avropa ölkəsidir. İttifaqla enerji sahəsində olan əməkdaşlığımızı qeyd etmək istərdim. Ölkəmiz daim etibarlı qaz və neft təchizatçısı olub. Ukrayna müharibəsi dövründə Azərbaycandan Avropa İttifaqına olan qaz təchizatı əhəmiyyətli dərəcədə artıb”, – Ceyhun Bayramov diqqətə çatdırıb.