​BAKI, 25 aprel. TELEQRAF

Kallasla ilk dəfə Maltada ATƏT Nazirlər Şurasının nazirlər iclası səviyyəsində görüşmüşük.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə keçirdiyi mətbuat konfransında bildirib.

“Bu dəfəki səfər 9 il sonraya təsadüf edir. Ümid edirik ki, bu görüş Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafı baxımından mühüm addım olacaq. Bu gün keçirilən təkbətək və geniş tərkibli görüş zamanı faydalı danışıqlarımız oldu”, - Ceyhun Bayramov vurğulayıb.