BAKI, 24 aprel. TELEQRAF

Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti 21-25 aprel tarixlərində BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının (ESKAP) Banqkokda keçirilən 81-ci sessiyasında iştirak edib.

Teleqraf xəbər verir ki, məlumatı Azərbaycanın Tailanddakı səfirliyi yayıb.

Nazir müavini tədbirdə çıxış edərək, Azərbaycanın regional və beynəlxalq əməkdaşlığa verdiyi töhfələri vurğulayıb.

Tədbir çərçivəsində ESCAP-ın icraçı katibi xanım Armida Salsiya Alişahbana ilə görüş keçirilib. Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.