BAKI, 23 aprel. TELEQRAF

Aprelin 23-də Azərbaycanın Baş naziri Əli Əsədovla Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Teleqraf-a bildirilib ki, telefon danışığı zamanı İstanbul şəhərində baş vermiş silsilə zəlzələ ilə bağlı narahatlıq ifadə olunub, Azərbaycanın hər zaman olduğu kimi bu çətin məqamda da qardaş Türkiyənin yanında olduğu bildirilib.

Hazırda Türkiyənin aidiyyəti qurumları tərəfindən bölgədə qiymətləndirmə, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində aparılan tədbirlər müzakirə olunub.