BAKI, 23 aprel. TELEQRAF
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.
Teleqraf xəbər verir ki, abidənin yerləşdiyi meydanda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının Dövlət Himnləri səsləndirildi.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.
***
12:48
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.