BAKI, 31 avqust. TELEQRAF
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə avqustun 24-dən 30-dək olan məlumatlar açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilib ki, 161 piyada əleyhinə mina, 29 tank əleyhinə mina, 689 digər partlayıcı sursatlar aşkarlanıb.
Qeyd edilib ki, 2048,7 hektar ərazi minalardan təmizlənib.