BAKI, 23 iyul. TELEQRAF

Bakı və Qubada Türkiyə ilə Azərbaycanın birgə peşə təhsil müəssisəsi yaradılacaq.

Teleqraf xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri İlqar Bayramlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müəssisənin yaradılması istiqamətində hazırlıq işləri görülür.

O həmçinin bildirib ki, təhsil ocağında ilkin mərhələdə 5 ixtisas üzrə tədris təşkil olunacaq.