BAKI, 23 iyul. TELEQRAF

“2022-2026-cı illər ərzində 4 peşə təhsili müəssisəsində yenidənqurma və əsaslı təmir işləri başa çatdırılıb, 5 müəssisədə bu işlər davam etdirilir”.

Teleqraf xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri İlqar Bayramlı mətbuat konfransında deyib.

İ.Bayramlı bildirib ki, daha 7 peşə təhsili müəssisəsi üzrə layihələndirmə işləri aparılır:

“2024–2026-cı illərdə 46 yeni emalatxana yaradılıb. Hazırda 8 peşə təhsili müəssisəsində ümumilikdə 1000 yerlik yataqxana fəaliyyət göstərir”.