BAKI, 23 iyul. TELEQRAF

2020-ci ildən etibarən peşə təhsilinə qəbul olunanların sayı 90% artıb.

Teleqraf xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri İlqar Bayramlı mətbuat konfransında deyib.

İ.Bayramlı bildirib ki, 2026-2027-ci tədris ili üzrə 78 peşə təhsili müəssisəsində 149 ixtisas üzrə 33 120 plan yeri ayrılıb. Bu plan yerlərinin 3 mini ilk peşə təhsili, 27 min 260-ı texniki peşə təhsili, 2 min 860-ı isə yüksək texniki peşə təhsili səviyyəsinə aiddir.

Agentlik sədri əlavə edib ki, cari tədris ili üzrə 28 min 140 tələbənin qəbul olunması hədəflənir.