BAKI, 2 iyul. TELEQRAF

Sabirabad şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən ictimai iaşə obyektində aparılan yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ tələblərin pozulduğu müəyyən edilib.

Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlıumat yayıb.

Bildirilib ki, obyekt Eyyubov Emil Eyyub oğluna məxsus olub.

Belə ki, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, istehsalat sahələrinin quruluşu və təchizatına əməl edilmədiyi, qida ilə təmasda olan səthlərin yuyulabilən və korroziyaya davamlı materialdan hazırlanmadığı, işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, qida komponenti kimi istifadə olunan suyun filtrdən keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb edilib.